Newscenter.az.18.12.2018. BP və Azərbaycan Respublikasının Energetika Nazirliyi Azərbaycanda bərpa olunan enerji sahəsinin inkişaf etdirilməsi üçün birlikdə potensial imkanları araşdırmaq məqsədilə Anlaşma Memorandumu (AM) imzalayıblar.
Newscenter.az-a Energetika Nazirliyindən daxil olan məlumata görə, memorandum Azərbaycan Hökumətinin bu yaxınlarda ölkədə bərpa olunan enerji mənbələri üzrə normativ hüquqi bazanın formalaşdırılmasına başladığını bəyan etməsi kontekstində imzalanıb.
Energetika naziri Pərviz Şahbazov deyib ki ölkəmizdə alternativ və bərpa olunan enerjinin istehsalını artırmaq, enerji təhlükəsizliyinin təminatında bu enerjinin rolunu gücləndirmək bu gün dövlət başçısı tərəfindən qarşıya qoyulan həlli vacib məsələlərdir. Bərpa olunan enerji sahəsinin inkişafıüçün hazırda beynəlxalq təcrübəöyrənlir, qanunvericilik bazası yaradılır, beynəlxalq şirkətlərlə məsləhətləşmələr aparılır. BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib ki, biz ölkədə bərpa olunan enerji mənbələri üzrə potensialı başa düşmək və birlikdə araşdırmaq üçün Hökumətlə birgə işləməyə hazırıq və Azərbaycanda bərpa olunan enerji sektoru üçün planlaşdırılan bazanın yaradılmasını dəstəkləyirik.
Qeyd edək ki, bərpa olunan enerji sektorunun ilkin iştirakçılarından biri kimi“BP Alternative Energy” bu sahədə böyük təcrübəyə malikdir və bu gün o, üç platformada (bərpa olunan yanacaqlar, bərpa olunan enerji və bərpa olunan məhsullar) əhəmiyyətli portfelə sahibdir və əlavə imkanlar üzərində iş aparır.