Newscenter.az.18.12.2018. “Bir dəfə Azərbaycana gələn onu unutmayacaq. Xəzər dənizinin səsi, sakit küçələr və səxavətli insanlar - zaman keçdikcə xatirələr bizi bu gözəl yerlərə qaytaracaq. Sözlərlə bunları çatdırmaq çox çətindir, amma istedadın köməyi ilə hər şeyi edə bilərsiniz”. Newscenter.az xəbər verir ki, bu sözlər Rusiyanın “Business-dialog media” təşkilatının baş icraçı direktoru, Rusiya Jurnalistlər İttifaqının üzvü Mariya Suvorovskayanın “Xəzər üzərində yelləncək” adlı ilk kitabında yazılıb.
Bu günlərdə - Rusiyanın Bolşoy Vyazemi, Puşkin Muzeyində kitabın təqdimatı keçirilib. Təqdimatda dövlətlərimiz arasında bir növ mədəni əlaqə yaradan - Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev, Azərbaycan Respublikasının iqtisadi məsləhətçisi Şövqi Mehdizadə, Moskva Regional Dumasının Təhsil, Mədəniyyət və Turizm Komitəsinin sədri Oleq Rojnov, Moskva Regionu üzrə Jurnalistlər İttifaqının sədri Natalya Çernişova və "Business dialog media"nın redaksiya heyətinin sədri Vadim Vinokurov və digərləri iştirak ediblər.
T masalarda Azərbaycanın milli rəmzi olan nar nümayiş olunub.
Qeyd edək ki, master-klasslar qonaqlar tərəfindən, xüsusi qarşılanıb. Belə ki, milli simvollar çəkilib və ya milli mətbəxdən yemək hazırlanıb. Azərbaycan mətbəxi haqqında çox şey söylənilir. Bəzi səyahətçilərin gülərək dedikləri kimi, Bakı yeməkləri - bir ömürlük sevgidir. Buna görə kitabın hər bir fəsli Azərbaycan yeməyi adlanır və ənənəvi resept ilə başa çatır. Təqdimatda baş aşpazla hər kəs dolmanı və plovu birgə bişirib. Daha sonra isə dəvət olunmuş rəssam nar şəklini çəkib.
Təqdimatın sonunda qonaqlara Mariya Suvorovskaya tərəfindən imzalanmış və təşəkkür sözləri yazılmış "Xəzər dənizində yellənçək" adlı kitab təqdim olunub.