Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aİİ-də payız semestrinin imtahan sessiyasına hazırlıqla bağlı iclas keçirilib

Aİİ-də payız semestrinin imtahan sessiyasına hazırlıqla bağlı iclas keçirilib


Newscenter.az.7.01.2019. Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlıqla bağlı növbəti iclas keçirilib.

Newscenter.az xəbər verir ki, institut rəhbərliyinin, müəllim və əməkdaşlarının iştirak etdiyi yığıncaqda imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında keçirilməsi, təhsil müəssisəsində imtahan qərargahının yaradılması, bu qərargaha daxil olan hər bir şikayətin qısa müddətdə çevik şəkildə araşdırılıb lazımi tədbir görülməsi müzakirə edilib. Eyni zamanda, imtahanlarda şəffaflığın təmin edilməsi üçün ictimaiyyət nümayəndələrinin və tələbələrin valideynlərinin iştirakına şərait yaradılması məsələləri diqqətə çatdırılıb.

Qeyd edilib ki, sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların araşdırılması və həll edilməsi məqsədilə operativ qərargah yaradılıb. İnstitutun binasında müraciət və təklif qutuları asılıb. Bildirilib ki, Aİİ-də imtahanlar ictimaiyyətə açıq keçirilir. İmtahan sessiyası dövründə valideynlərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə “açıq qapı” günlərinin keçirilməsi nəzərdə tutulub. Eyni zamanda, Apelyasiya komissiyasına müraciət formaları,imtahanda iştirak edəcək müəllim-kooridantorlar haqqında təlimatlar və digər vacib məsələlər müzakirə olunub.

İclasda İnstitutun 2018/2019-cu tədris ilinin ilk payız semestrinin imtahan sessiyasının yazılı, test və şifahi olaraqkeçirildiyi, imtahanlar arasında 2 gündən az olmayan vaxtın təyin edildiyi, imtahana ayrılan zamanın 2 saat müəyyənləşdirildiyi barədə müəllimlər və koordinatorlar məlumatlandırılıblar. İclas iştirakçıları imtahan prosesindəyarana biləcək xoşagəlməz halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun mütəşəkkil təşkil olunması barədəxəbərdar ediliblər.
Qeyd edək ki, Aİİ-də imtahan prosesi zamanıictimaiyyət nümayəndələri, QHT rəhbərləri və tələbələrin valideynlərinin iştirakı ilə “açıq qapı” günlərinin təşkil olunması nəzərdə tutulub.
Xəbəri paylaş