Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ Suriyadan çıxmayacaq

ABŞ Suriyadan çıxmayacaq


Newscenter.az.7.01.2019. ABŞ prezidenti Donald Tramp Suriyadan qoşunlarının çıxarılma vaxtını təkzib etdi. Newscenter.az xəbər verir ki, məsələ ilə bağlı fikirlərini bölüşən politoloq Məhəmməd Əsədullazadə deyib ki, bu, Trampın admistrasiyasında olan istefalarla bağlıdır:

“Görünür, Pentaqon, Dövlət Departamenti Trampı bu qərarından çəkindirməyə çalışır. Tramp bu qərarı müstəqil verib və kollegiya ilə məshətləşməyib. Qeyd edim ki, milli təhlükəsizlik məsələləri üzrə müşavir Con Bolton da İsraildə qoşunların çıxarmayacaqlarını xüsusilə Türkiyədən təminat almadıqları halda bunu etməyəcəklərini vurğulayıb. Göründüyü kimi, YPG terror təşkilatının Türkiyə tərəfindən hədəf seçilməsi Vaşinqtonu narahat edir”.

Politoloq deyib ki, baş verən proseslər fonunda ABŞ Suriyadan çıxmayacaq:

“Vaşinqton daha da öz mövqelərini gücləndirməyə çalışa bilər. Xüsusilə Birləşmiş Ştatlar İraqda öz hərbi gücünü artırmaqla Suriyaya fəal müdaxilə edəcək. ABŞ hazırda strareji yer dəyişir. Pentaqon rəhbərliyinin istefasına gəldikdə isə, bu Trampın hərbiçilərlə məsləhətləşmədən verdiyi qərara bağlıdır. Vaşinqtonun Suriya siyasəti pioritet təşkil edir. Çalışacaqlar ki, Türkiyə ilə ortaq mövqeyə gəlinsin. Bu da YPG-nin Ağ Ev tərəfindən dəstəyinin çəkilməsindən irəli gələcək. Əgər, Vaşinqton YPG dəstəyi davam etdirərsə, Türkiyə ilə yaxənlaşma siyasəti baş tutmayacaq”.
Xəbəri paylaş