Newscenter.az.7.01.2019. Rumıniya siyasət tarixində ilk və tək azərbaycanlı olan Kamran Allahverdiyev ölkədə hazırda iqtidarda olan PNL-in (liberal milli partiya) Buxarest şəhəri üzrə tələbə təşkilatının birinci vitse-prezidenti seçilib.
Bu barədə Newscenter.az-a Kamran Allahverdiyevin özü məlumat verib.
Onun sözlərinə görə, seçkilər Buxarestdə keçirilib.
K.Allahverdiyev Rumıniyada yaşasa da, öz doğma dilində və türk dilində, eləcə də ingilis, alman və rumın dillərində sərbəst danışırr. Gənc olmasına baxmayaraq Rumıniyada aktiv ictimai-siyasi fəaliyyətlə də məşğul olur, 4 ildir ki, hakim partiyanın üzvüdür, siyasət adamları ilə görüşür, müzakirələr aparır və bir sıra layihələrdə onlarla əməkdaşlıq edir: "Rumınyanin sabiq prezidenti Emil Constantinescu, baş nazir, deputatlarla, Avropa Parlamentində komissiyaların işində iştirak etdim və parlamentarilərlə görüşdüm. Müxtəlif məsələlərlə bağlı fikir mübadilələri apardım".
Qeyd edək ki, K.Allahverdiyev Diasporla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi “Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I Yay Düşərgəsinin iştirakçısı, “Azərbaycan Diaspor Gəncləri” təşkilatının Sosial Media Qrupunun aktiv üzvüdür. O, 20 ilə yaxındır Rumıniyada yaşayır. K.Allahverdiyev keçirdiyi bütün görüşlərdə Azərbaycan həqiqətlərini və ermənilərin işğalçılıq siyasəti ilə bağlı rumın ictimaiyyətini məlumatlandırır.
Vaqif