Newscenter.az.7.01.2019. Bakı Nəqliyyat Agentliyinin dayanma və durma qaydalarını pozan sürücülərə qarşı inzibati tənbeh tədbirlərini həyata keçirən əməkdaşına qarşı kəsici-deşici alətlərlə hücum edilib.
Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən Newscenter-az-a bildirilib ki, sürücüyə qarşı hücuma cəhd edən Zahid Abbasov Agentliyə müraciət edib. Səmimi etiraf edən Zahid Abbasov əməlindən peşman olduğunu bildirib. Həmçinin, digər sürücüləri də yol hərəkəti qaydalarını pozmamağa çağırıb.