Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarıuşaq evini ziyarət edib

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarıuşaq evini ziyarət edib


Newscenter.az.7.01.2019. Diasporla İş üzrə Dövlət Komi¬təsinin əməkdaşları Şaqan 3 saylı fiziki və əqli qüsurlu uşaqlar üçün 200 yerlik internat evini ziyarət edib.

Newscenter.az xəbər verir ki, Yerli Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə internat evində olan ziyarətçilər uşaqları bayram azuqələri ilə sevindirib, internat evinin vəziyyəti ilə yaxından tanış olub və bu cür təşəbbüslərin gələcəkdə də davam etdiriləcəyi bildirilib.

İnternat evinin rəhbərliyi və kollektivinə Dövlət Komitəsinin fəaliyyəti barədə qısaca məlumat verən Komitə əməkdaşları Azərbaycan diasporunu və ölkəmizə dost olan dünya xeyriyyə təşkilatlarını da bu cür sosial layihələrə cəlb etmək barədə planlarının olduğunu qeyd ediblər.Bildirilib ki, bununla bağlı Dövlət Komitəsində müvafiq strategiya da hazırlanıb. Strategiyada Azərbaycan diaspor üzvlərinin ölkəmizə səfəri zamanı qayğıya ehtiyacı olan insanları ziyarət etməsi, onlara maddi yardımlar göstərilməsi, onların müalicəsi və müayinəsi işlərində fəal iştirak etməsi kimi məsələlər nəzərdə tutulur.
Vaqif
Xəbəri paylaş