Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Stolüstü tennisçilərimiz 2019-cu ilə medallarla başladılar

Stolüstü tennisçilərimiz 2019-cu ilə medallarla başladılar


Newscenter.az.7.01.2019. Macarıstanın paytaxtı Budapeşt şəhərində yeniyetmələr arasında stolüstü tennis üzrə beynəlxalq turnir keçirilib.

Newscenter.az xəbər verir ki, 2006-cı il və daha az yaşlılar arasında keçirilən komanda yarışlarında 12 ölkədən qızlardan ibarət 31, oğlanlardan ibarət isə 45 komanda iştirak edib. Stolüstü tennisçilərimiz Arzu Aslanova, Mərziyə Nürmətova və Aysu Ağayevanın daxil olduğu komandamız 3-cü yeri tutaraq bürünc medal qazanıb.

Şəxsi yarışlarda stolüstü tennisçimiz Arzu Aslanova 2-ci yeri tutaraq gümüş medala layiq görülüb.
Xəbəri paylaş