Newscenter.az.8.01.2019. Ölkədə fəaliyyət göstərən bir neçə qeyri-hökumət təşkilatının rəhbəri hazırda həbsdə olan blogger Mehman Hüseynovla görüşüblər.
Newscenter.az xəbər verir ki. bu barədə məlumatı Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov verib. Görüş zamanı Mehman Hüseynovun əhvalının yaxşı olduğu məlum olub. Mehman Hüseynovla görüşdə Sahib Məmmədovla yanaşı Milli QHT Forumunun prezidenti Rauf Zeyni və Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev də iştirak edib.
Qeyd edək ki, bir neçə gün əvvəl bəzi sosial şəbəkələrdə Mehman Hüseynovun aclıq aksiyası keçirdiyi bildirilirdi.