Newscenter.az.8.01.2019. Saatlı rayonunda qanunsuz ov edən şəxslər saxlanılıblar.
Bu barədə “Report”un Aran bürosuna Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Belə ki, yanvarın 7-də qanunsuz ov etdiklərinə görə 5 nəfər Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onların Fizuli rayon sakinləri Yavər Rəhimov, Təvəkkül Şıxəliyev, Firqət Muradov, Elyar Eyvazov və Rasim Kərimov olduqları müəyyən edilib. Onlardan 2 ədəd “TOZ-63”, “İJ-58”, “MR-155” və müvafiq sənədləri olmayan “İJ-18” markalı ov tüfəngləri və 15 ədəd patron, habelə ovladıqları 10 ədəd dovşan götürülüb.
Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində araşdırma aparılır.