Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Suriya arasında yeni dövrün başlanğıcı

Azərbaycan və Suriya arasında yeni dövrün başlanğıcı


Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana səfəri və səfər çərçivəsində baş tutan görüşlər və əldə olunan razılaşmalar, qarşılıqlı münasibətlərin və əlaqələrin genişləndirilməsi istiqamətində, iki ölkə arasında yeni dövrün başlanğıcı olaraq, mühüm əhəmiyyət kəsb etdiyini göstərdi.Bir vaxtlar Suriyada baş verənlər dünyanın diqqət mərkəzində idi və bu tarixi ölkə, hüdudları daxilində baş verənlərdən dolayı milyonlarla vətəndaşlarını itirdi və ölkə tarı-mar olaraq, diktator Əsəd rejiminin yarıtmaz siyasətinin onilliklər ərzində zülmündə qalmağa məcbur oldu. Türkiyənin və xüsusilə də onun Prezidenti Rəcəb Tayyib Ərdoğanın qətiyyətli və uzaqgörən siyasətinin nəticəsində, Suriyada normallaşma dövrü başlandı və Türkiyə, bütün sahələrdə, dövlət quruculuğundan tutmuş, qida sektoruna kimi öz dəstəyini davam etdirir.Bu istiqamətində Azərbaycan dövlətinin də, Suriyanın ayağa qalxması istiqamətində əlindən gələn köməkliyi göstərməsi və bu istiqamətdə Türkiyə ilə birlikdə hərəkət etməsi və ümumiyyətlə bütün bunların fonunda yenidən əlaqələrin qurulması və münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində,ölkəmiz adına yaraşanı edərək,bir daha sülh və əmin-amanlığın təmin edilməsi üçün, bundan sonra da əlimizdən gələni edəcəyimizi, cənab Prezident İlham Əliyevin yürütdüyü siyasət çərçivəsində davam edəcəyini düşünürük.Hansı ki, Ərdoğan və Əliyev siyasətinin nəticəsidir ki, Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı,ölkəmiz adına cənab Prezidentə təşəkkür etməsi ilə də öz əksini tapdı.Suriyanın keçmiş diktator prezidenti, bilirsiniz ki öz rejimi dövründə, Qarabağ məsələsində Ermənistanı dəstəkləyirdi və bu və digər səbəblərdən Azərbaycanla münasibətləri heç də xoş olmayan istiqamətində davam edib.Artıq zaman dəyişdi və Azərbaycan, erməni işğalçılarını öz tarixi torpaqlarından qovub çıxartdı, həmçinin Suriyada da diktator Əsəd rejimi və onun havadarları olan xarici qüvvələrin ölkədən qovulub çıxarılması ilə başa çatan qanlı proseslər tarixdə qaldı.Azərbaycan və Suriya prezidentləri arasında görüşlər və səfərlər, iki ölkə arasında yeni dövrün başladığını göstərir.İnanıram ki, bundan sonra, bu coğrafiyalarda sülh və əmin-amanlıq, inkişaf və tərəqqi, bütün pisliklərə qarşı mübarizədə qalib gələcək.

Çingiz Şahbazi
Xəbəri paylaş