Newscenter.az.8.01.2019. “Xocalıya Ədalət” beynəlxalq kampaniyası (Justice for Khojaly Campaign) və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Xocalıya Ədaləti Tələb et!” məqalə müsabiqəsini elan edir.
Newscenter.az xəbər verir ki, müsabiqənin məqsədi Xocalı hadisələrinin gənc nəslin yaddaşlarında daha da möhkəmlənməsi və gənclərin həqiqətlərin təbliğindəki rolunun artırılması, onların kampaniyanın strateji məqsədlərinin həyata keçirilməsində fəal iştirakının təmin edilməsindən ibarətdir.
Müsabiqədə hüquq, beynəlxalq münasibətlər, şərqşünaqlıq, tarix, sosial elmlər, jurnalistika, filologiya fakültələrinin bakalavr və magistrları məqalə yazaraq iştirak edə bilər:
Müsabiqəyə təqdim olunan məqalələr münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və ilk 3 yerin qalibi qiymətli hədiyyələrlə mükafatlandırılaraq sertifikatlarla təltif olunacaq.
Müsabiqədə iştirak etmək istəyən tələbələr məqalələrini 10 fevral, 2019-cu il tarixinə qədər [email protected] ünvanına göndərə bilərlər.