Newscenter.az.21.01.2019. “Avropa Parlamenti növbəti dəfə dözümsüzlüyünü, ikili standartların qoruyucuları kimi özünü ifşa etdi”. Newscenter.az xəbər verir ki, bu fikirləri Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva səsləndirib. Onun sözlərinə görə, ölkəmiz Avropa Parlamenti qarşısında heç bir öhdəçilik götürməyib ki, indi nəyisə tələb də edəsiniz:
“Bizim buralarda atalar sözü var: İt hürər, karvan keçər. Məgər siz Qarabağın Ermənistan silahlı qüvvələri tərəfindən işğalını pisləyən qətnamələri icra etdiniz ki, indi qarşılıq istəyirsiniz?! Məgər Ermənistanda olan əsirlərimizin azad edilməsi üçün qollarınızı çırmaladınız ki, bu gün belə kekələnirsiz?! Məgər dini, siyasi tolerantlıq nümayiş etdirdiniz ki, bizdən də tələb edirsiniz?! Olmaya Fransa, Belçika, Almaniya və digər bu qəbildən olanlar ölkələrdəki miqrantlara olan münasibətdən xəbərsizsiniz?! Gedin, cəhənnəmin dibinə kimi yolunuz açıqdır. Amma unutmayın ki, Azərbaycan xalqı öz liderinin yanında və qərarlarının arxasındadır”.