Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dəmir yolu ilə 7 milyon ton məhsul ixrac edilib

Dəmir yolu ilə 7 milyon ton məhsul ixrac edilib



Türkiyədə keçən il dəmir yolu ilə 7 milyon ton məhsul ixrac edilib.

Newscenter az xəbər verir ki, bunu nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib. O bildirib ki, bunun 2 milyon 104 min tonu sərhəd-keçid məntəqələri, 4 milyon 562 min tonu isə limanlar vasitəsilə həyata keçirilib.

Uraloğlu, 2024-cü ildə Türkiyədə limanlarla təqribən 4,6 milyon ton kombinə ixrac daşımalarının həyata keçirildiyini bildirib.

Nazir, dəmir yolu sisteminin yüksək təhlükəsizlik səviyyəsi, davamlı xərc üstünlükləri, planlı və rahat səyahət imkanları ilə nəqliyyat şəbəkəsinin ayrılmaz hissəsi olduğunu deyib:

"2024-cü ildə yük daşımalarının növlər üzrə bölgüsü xalis ton əsasında araşdırılanda filiz və metal tullantıları ən böyük paya sahib olub - 36,5 faiz. Bu qrupda ən çox daşınan məhsullar arasında dəmir filizi, borat və xrom olub. Sonrakı yeri 20,5 faizlə emal edilmiş minerallar və tikinti materialları tutub".

Süleyman
Xəbəri paylaş