
Xaricdən Özbəkistana qayıdan şəxslər bundan sonra HİV testindən keçməli olacaqlar.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən xəbər verir ki, ölkə qanunvericiliyinə edilən dəyişikliklər bunu vacib edəcək.
Belə ki, Özbəkistan Ali Məclisi Senatının doqquzuncu plenar iclasında “Özbəkistan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” qanun müzakirə edilib. ildirilib ki, son illər Özbəkistanda əmək miqrasiyasının miqyası və xaricdən qayıdan vətəndaşların, habelə kommersiya və əmək məqsədləri üçün gələn əcnəbilərin sayı artmaqdadır.
2024-cü ildə geri qayıdan 1,7 milyon vətəndaşdan yalnız 434 mini HİV/QİÇS-ə görə yoxlanılıb. Onlardan 1512 nəfərində bu xəstəlik aşkarlanıb. Müayinədən keçən 12,7 mindən çox əcnəbi vətəndaş və vətəndaşlığı olmayan şəxs arasında 81 nəfərdə belə xəstəlik aşkarlanıb.
Süleyman