
Qazaxıstan Şanxay Əmıəkdaşlıq Təşkilatında (ŞƏT) kənd təsərrüfatı ticarətinin rəqəmsallaşdırılmasını təklif edir.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, belə bir təkliflə ölkənin kənd təsərrüfatı nazirinin müavini Yermek Kenjexanuli Pekində keçirilən ŞƏT-ə üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin 10-cu iclasında çıxış edib.
O, həmçinin qeyd edib ki, qlobal çağırışlar - iqlim dəyişikliyi, istehsal xərclərinin artması, torpaq və su ehtiyatlarının deqradasiyası şəraitində kənd təsərrüfatı ŞƏT məkanında sabitliyin və ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün əsas sektora çevrilir.
Bununla əlaqədar olaraq, ŞƏT-in kənd təsərrüfatı ticarəti üçün elektron sertifikatlaşdırma mexanizmlərini, logistika monitorinqini və məhsulların izlənilməsini özündə əks etdirən vahid rəqəmsal platformanın yaradılması təklif olunub.
Mehman Mehdiyev