
Türkiyənin türk dövlətlərinə ixracatında Azərbaycan ikinci yeri tutur.
Newscenter.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı məlumat yayıb. Bildirilib ki, Azərbaycana ixrac 1 milyard 417 milyon dollar təşkil edib. Özbəkistana ixrac müvafiq olaraq 931 milyon dollar olub. Sonrakı yerləri Qırğızıstan və Türkmənistan bölüşdürüb.
Sırada ilk yeri Qazaxıstan tutub. Türkiyədən bu ölkəyə ixracat cari ilin birinci yarısında 1 milyard 510 milyon 122 min dolları olub.
Mehman Mehdiyev