
Rusiya Ermənistanda Gümrü Cənub Hərbi Dairəsinə daxil olan "102-ci" hərbi bazasını silah sursat və canlı qüvvə ilə komplektləşdirir. Ukraynada cəbhədə müəyyən nisbi üstünlüklər əldə etməklə, regionda da öz hərbi mövcudluğunu artırır.
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O deyib ki, Rusiyanın məhz Gümrüdəki hərbi bazasını gücləndirməkdə məqsədi Cənubi Qafqazda geosiyasi mövqeyini gücləndirmək və region ölkələrini nəzarət altında saxlamaqdır:
"Rusiyanın Gümrüdəki hərbi mövcudluğunu artırmaqda aşağıdakı strateji məqsədi var.
Birinci, Azərbaycan və Ermənistana təzyiqlər etməklə, Qərbin regionda strateji siyasətinin qarşısını almaq.
İkinci, Ermənistanda siyasi hakimiyyəti dəyişmək. Əgər, mümkün olmasa, N. Paşinyana təzyiqlər etməklə sülh prosesini pozmaq.
Üçüncü, Zəngəzura ordu yeridib, Azərbaycanla Ermənistan arasında növbəti dəfə hərbi təxribatlara rəvac vermək. Bununla da vasitəçi kimi araya girib, öz dominantlığını təmin etməkdir".
Süleyman