Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan xüsusi xidmət orqanlarının sifarişini yerinə yetirən Mehdibəy Səfərov yeni partiya təsis edir

Ermənistan xüsusi xidmət orqanlarının sifarişini yerinə yetirən Mehdibəy Səfərov yeni partiya təsis edir


Newscenter.az.15.02.2019. Separtizmi, etnik düşmənçiliyi, xalqlar arasında dözümsüzlüyü təbliğ edən, dolayı yolla Ermənistan xüsusi xidmət orqanlarının sifarişini yerinə yetirən Mehdibəy Səfərov və onun havadarları yeni partiya təsis edirlər.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən AXCP sədrinin müavini Məhəmməd Əsədullazadə deyib ki, talış qardaşlarımızın adından istifadə edən bu separtçıların mənfur planları Azərbaycanı bölməkdi:

“Belə bir mənfur planın qarşısını almaq üçün ölkəmizin təhlükəsizlik orqanları lazımi tədbirlər görməlidir. Bu gün Azərbaycana qarşı Ermənistan bütün cəbhələrdə müharibə aparır. Torpaqlarımızın 20 faizini işğalda saxlayır. Paralel olaraq ölkəmizə qarşı bu kimi amillərdən istifadə etməyə cəhd edir. Xaricdə bir neçə nəfəri öz alətinə çevirərək, əlaqələndiricilər vasitəsi ilə ölkəmizdə separatizmi təbliğ edirlər. Mütləq şəkildə ölkəmizə qarşı bu xain planın qarşısı alınmalıdır”
Xəbəri paylaş