Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Dəmir Yollarının Slovakiyada itən milyonları

Azərbaycan Dəmir Yollarının Slovakiyada itən milyonları


Newscenter.az.17.02.2019. Slovakiyanın qərbindəki Bratislava şəhəri Azərbaycanın baş dəmiryolçuları üçün xüsusilə cəlbedicidir. Azərbaycanın dəmiryollarında itmiş nə axtarsanız Bratislavada tapa bilərsiniz.

Newscenter.az-ın xəbərinə görə, Avropada yaşayan soydaşımız Cavanşir Həsənli yazır ki, burada Azərbaycan Dəmir Yollarının keçmiş rəhbəri, sabiq nazir müavini Arif Əsgərovun çırpışdırdıqlarının izlərinə rast gəlmək, oğlanları Elnar və Ürfan Əsgərovların sorağını eşitmək mümkündür.

Arif Əsgərovun "gül balaları" bu ölkəyə hələ 2007-ci ildən ayaq açıblar. Bratislava ərazi ədliyyəsinin reyestr məlumatlarına görə, 2007 -ci iyulun 13-də Bakı şəhəri Cəfər Xəndan küçəsi 10 ünvanında qeydiyyatda olan Ürfan Əsgərov Bratislava sakini Elçin Qasımov və Bakı şəhəri, Mirqasımov 2 ünvanında qeydiyyatda olan Elvin Süleymanovla birlikdə ELUREL TRANS S.R.O. şirkətini qeydiyyatdan keçirirlər. Həmin vaxtlar Arif Əsgərov Azərbaycan Dövlət Dəmir Yolunun rəisi idi.
Şirkətin nizamnamə kapitalı Slovakiyanın o zamankı pulu ilə 200 min kron (6639 avro) təşkil edib.

Qeydiyyat nömrəsi: 36804576.
Qeydiyyat ünvanı: Pezinská 185, 902 01 Vinosady.
Azərbaycan Dəmir Yollarının Slovakiyada itən milyonları

Nizamnaməyə görə şirkət logistika, topdan və pərakəndə ticarətlə məşğul olur.
Elçin Qasımov Azərbaycanın Bratislavadakı fəxri konsulu, əslində yüksək çinli məmurlara şirkətlər açmaqda, onları idarə etməkdə yardım edən Cəlal Qasımovun oğludur. Cəlal Qasımov özü 1974-80-ci illərdə Bratislavada Texniki İniversitetdə oxuyub, slovak dilini mükəmməl bilir. Onun tövsiyyələri və dəstəyi əsasında məmurlar Azərbaycandan bu ölkəyə xeyli vəsait çıxarıblar. ELUREL TRANS S.R.O. şirkətini uzun müddət Cəlal Qasımov özü və xanımı Marina Qasımova idarə edib.
Arif Əsgərovun oğlunun digər şərikinin isə uzun illərdən bəri Azərbaycan Dövlət Dəmiryolunda müavin işləyən Əlirza Süleymanovun oğlu olduğu güman olunur.
Azərbaycan Dəmir Yollarının Slovakiyada itən milyonları

Arif Əsgərov 2009-cu il mayın 16-da digər oğlu , 1985-ci il təvəllüdlü, Bakı şəhəri Cəfər Xəndan 10 ünvanında qeydiyyatda olan Elnar Əsgərovu şirkətə ortaq gətirir. 2017-ci ili əvvəlində Nəqliyyat Nazirliyi ləğv edildikdən sonra, nazir müavini postunu itifən Arif Əsgərovun oğulları ELUREL TRANS S.R.O. şirkətini həmin ilin noyabrın 16-da tərk edirlər, əvvəlcə Cəlal və Marina Qasımovların adına keçirilən şirkətin 2018-ci ilin aprelin 4-dən faktiki olaraq yeni sahibi ortaya çıxır. O, Azərbaycan Dəmiryolları Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyində təmsil olunur.

Bu həmin Elnar Əsgərovdur ki, 2008-ci ilin əvvəllərində təhsil aldığı İngiltərənin York universitetində saxtakarlağına görə ifşa olunmuşdu və bütün İngiltərə mətbuatı bu biabırçılığı müzakirə etmişdi. O zaman Arif Əsgərovun oğlu özündən 11 yaş böyük olan Joram Drean adlı bank işçisini 20 min funt sterlinq müqabilində öz əvəzinə imtahana keçirmişdi, amma bu saxtakarlıq baş tutmamışdı.
Azərbaycan Dəmir Yollarının Slovakiyada itən milyonları

Maraqlı olan daha bir fakt ondan ibarətdir ki, keçmiş baş dəmiryolçunun İngiltərəyə "oxumaq dalınca gedən" oğlu hələ 20 yaşında bu ölkədə şirkət sahibi olub. Belə ki, Elnar Əsgərovun adına 2005-ci ilin 13 aprelində Londonda TYROLESE (579) LIMITED şirkəti (şəhadətnamə nömrəsi: 05423339) qeydiyyatdan keçirilib. Daha sonra ASTARA TRANSIT TERMINAL LIMITED adlanan şirkəti faktiki olaraq Türkiyə vətəndaşı Cavad Kamil və İngiltərə vətəndaşı David John Lofton idarə ediblər.
Arif Əsgərov 1 fevral 2011-ci il tarixinə qədər bu şirkət vasitəsilə Azərbaycan üzərindən yükdaşımalardan böyük pullar əldə edib.

Şirkətin ünvanı 12 Fetter Ln, London, Birləşmiş Krallıq göstərilir.
Arif Əsgərovun daha bir oğlu Azər Əsgərov da atası nazir müavini olanda Londonda şirkət açıb. Kembric Universitetində beynəlxaq əlaqələr üzrə magistr təhsili alan Azər Əsgərov AZTECSA LIMITED şirkətini qeydiyyatdan keçirib (şəhadətnamə nömrəsi: 10147924). Bu şirkət də Arif Əsgərovun vəzifəsinə xitam verildikdən az sonra, 2017-ci il sentyabrın 26-da ləğv edilir.
Beləliklə, Əsgərovlar iki ilə yaxındır ki, şirkətlər qarışıq qeybə çəkiliblər.
Azərbaycan Dəmir Yollarının Slovakiyada itən milyonları
Xəbəri paylaş