Newscenter.az.18.02.2019. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Beyləqan rayonu ərazisindəki Yeni Xocavənd qəsəbəsində vətəndaşları qəbul edib.
Newscenter.az-a Dövlət Komitəsindən bildirilib ki, qəbulda Beyləqan rayonu ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak ediblər. Onların hər birinin müraciətinə fərdi qaydada baxılıb. Müraciətlər, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq, kommunal xidmətlər, status və digər məsələlərlə əlaqədar olub.
Bildirilib ki, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşıladırılması Prezident İlham Əliyevin diqqət mərkəzindədir. İndiyədək onlar üçün bütün zəruri infrastruktur obyektləri ilə təchiz edilmiş 102 qəsəbə salınıb və hazırda respublikanın müxtəlif bölgələrində yeni yaşayış komplekslərinin inşası davam etdirilir. Beyləqan rayonu ərazisində 146 fərdi ev tikilir. Bu evlər ən ağır şəraitdə yaşayan məcburi köçkün ailələrinə veriləcəkdir. Belə ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması barədə verdiyi tapşırığın icrasını Birinci vitse-prezident xanım Mehriban Əliyeva daim nəzarətdə saxlayır. Uzun illər həyat üçün təhlükəli şəraitdə yaşamaq məcburiyyətində qalan köçkünlər yeni mənzillə ilk növbədə təmin edilirlər.
Vətəndaşların qaldırdıqları məsələlər operativ şəkildə araşdırılacaq və qanunvericiliyə uyğun tədbirlər görüləcək.