Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Azəriqaz” “ASAN Xidmət” vasitəsi ilə 83682 istehlakçıya xidmət edib.

  “Azəriqaz” “ASAN Xidmət” vasitəsi ilə 83682 istehlakçıya xidmət edib.


Newscenter.az.8.04.2019. SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 2019-cu ilin yanvar-mart ayları ərzində Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib.

Newscenter.az İstehsalat Birliyinə istinadən xəbər verir ki, cari ilin birinci rübü ərzində Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN Kommunal”, 4, 5 saylı “ASAN xidmət” mərkəzlərinə və “Səyyar ASAN” xidmətinə, bundan əlavə Bərdə, Sabirabad, İmişli, Masallı, Qəbələ, Quba, Mingəçevir, Şəki həmçinin Gəncə şəhərində yerləşən “ASAN Xidmət” mərkəzlərinə ümumilikdə 83 min 682 müraciət daxil olmuş və bu müraciətlərin icrası tam təmin edilib.
Xəbəri paylaş