Newscenter.az.8.04.2019. Azərbaycan əhalisinin 10 milyona çatması münasibəti ilə ölkə gənclərinin təşəbbüsü ilə Bakının görkəmli və rəmzi məna daşıyan ərazilərində kütləvi aksiyalar, flaş-moblar təşkil edilir.
Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən Newscenter.az-a bildirilib ki, ən böyük belə aksiya – Gənclər və İdman və Mədəniyyət Nazirliklərin dəstəyi ilə 1000 nəfərədək gəncin iştirak ilə baş tutub. Gənclər 10.000.000 rəqəmini ölkənin müstəqillik rəmzi olan Bayraq Meydanında “yazıblar”.