Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tonoyanın geri çəkilməsinə səbəb olan başlıca amillər hansılar oldu?

Tonoyanın geri çəkilməsinə səbəb olan başlıca amillər hansılar oldu?


Newscenter.az.8.04.2019. “Xeyli vaxtdır, Azərbaycan diplomatiyasının hücum mövqeyində olmazının zəruriliyi haqda fikirlər, təkliflər səsləndirilirdi. Prezident İlham Əliyev diplomatiyamızın fəal olmasının vacibliyi haqda bir neçə dəfə öz mövqeyini ifadə edib. Ancaq bu fəallığı müəyyən dərəcədə ötən həftə görə bildik.

Newscenter.az xəbər verir ki, bu fikirləri müstəqil ekspert Əliabbas Məhərrəmli səsləndirib. O, qeyd edib ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov öncə erməni jurnalisti ilə ayaqüstü söhbətdə, daha sonra isə mətbuata müsahibəsində nəhayət, gözlədiyimiz davranışı sərgilədi:

"Bu da səbəbsiz deyildi. Bildiyiniz kimi, Ermənistanın müdafiə naziri David Tonoyan Nyu-Yorkda erməni diasporu ilə görüşdə Azərbaycanı yeni müharibə ilə təhdid edərək, “yeni müharibə, yeni ərazilər” bəyanatını vermişdi. Lakin bundan sonra Azərbaycanın müdafiə naziri Zakir Həsənov dövlət televiziyasına müsahibəsində erməni həmkarı ilə İrəvanda görüşmək istədiyini bəyan edərək, ölkəmizin qəti mövqeyini ortaya qoydu.
Baxın, Azərbaycanın müdafiə və xarici işlər nazirlərinin bu mesajlarından sonra Tonoyan artıq tonunu da, sözlərini dəyişməli olub. O, son açıqlamasında sülhdən danışaraq, verdiyi “müharibə” bəyanatından geri çəkilib. Çox arzuolunandır ki, Azərbaycan rəsmiləri Qarabağ münaqişəsi haqqında danışarkən məhz belə qətiyyətli mövqe bildirsinlər”.
Xəbəri paylaş