Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zərifə Əliyeva adına liseydə 13 yaşlı Ləmana dəstək məqsədilə tədbir keçirilib

Zərifə Əliyeva adına liseydə 13 yaşlı Ləmana dəstək məqsədilə tədbir keçirilib


Newscenter.az.1.05.2019.
Akademik Zərifə Əliyeva adına liseydə Azərbaycan xalqının parlaq siması, yaddaşlarda görkəmli alim, qayğıkeş insan, ləyaqətli ziyalı, sədaqətli ömür-gün yoldaşı, gözəl ana kimi əbədiləşən Zərifə xanımın xatirəsinə həsr olunmuş “Həyat bəxş elə” adlı xeyriyyə tədbiri keçirilib.

Newscenter.az xəbər verir ki, tədbir həmçinin liseyin şagird, müəllim və valideynlərdən ibarət kollektivin Uşaqların Xoşbəxt Gələcəyi İctimai Birliyinin təqdim etdiyi ürək qüsurlu 13 yaşlı Ləman Qurbanovaya əməliyyatı üçün dəstək məqsədi daşıyıb. Tədbir Zərifə xanıma həsr olunmuş dərslərlə başlayıb. Daha sonra qonaqlar xeyriyyə aksiyasına qoşulublar. Şagirdlərin təşkil etdiyi yarmarkada hamı bir amal kimi çalışırıb.

Dostluq, birlik, həmrəylik, humanizm və xeyirxahlıq idealarının reallaşdığı gündə liseyin səsinə səs verən İncəsənət Gimnaziyası, 3 nömrəli Uşaq İnkişaf Mərkəzinin kollektivi də ürəklə çıxış edib. Bir-birindən gözəl nömrələrlə şagirdlər Ləmana kömək etmək üçün əllərindən gələni əsirgəməyiblər.

Tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirib ki, Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. O, ulu öndərimizə mənəvi dayaq, arxa olub. Əziz Əzizov, həmçinin qeyd etdi ki, Zərifə xanım, sözün əsl mənasında, böyük həkim idi. O, Azərbaycan oftalmologiya məktəbinə öz dəyərli töhfəsini vermişdir, gənc kadrların hazırlanmasında çox böyük fəaliyyət göstərmişdir. Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin və əhatəli olub.

Liseyin direktoru Mehriban Vəliyeva çıxış edərək Azərbaycan xalqının görkəmli alimi haqqında məlumat verib. Xalqımızın gözəl dəyərlərini yaşadan Zərifə xanımın xatirəsi qonaqlar tərəfindən də dərin hörmətlə anılıb. OCEP-2019 “Olimpiya mədəniyyyəti və təhsil proqramı çərçivəsində layihənin əsas ideyalarından olan dostluq, həmrəylik, gender bərabərliyi, humanizm, xeyirxahlıq kimi keyfiyyətlərin bu tədbirdə reallaşdığını, xalqımıza məxsus dəyərlərin təbliğinin əhəmiyyətini xüsusi qeyd edib.
Aksiyada toplanan vəsait Ləman Qurbanovanın əməliyyatı üçün Uşaqların Xoşbəxt Gələcəyi İctimai Birliyinə təqdim edilib.
Xəbəri paylaş