Newscenter.az.8.05.2019. İtaliyada evlər bir fincan qəhvə qiymətinə satılır.
Bu barədə "Newscenter.az" "The Sun"a istinadən xəbər verir.
Bildirilir ki, Mussomeli şəhərinin hakimiyyət orqanları satış üçün ev 1 avro qiymət qoyublar. Bu pul müqabilində Avropanın bəzi ölkələrində bir fincan qəhvə və ya təzə baqet almaq olar. Amma Siciliyanın cənubunda isə 1 avroya bütöv binanı almaq mümkündür.
"The Sun"ın məlumatına görə, satışa 100 atılmış ev çıxarılıb. Gələcəkdə onların sayı artacaq. Amma bu məsələdə bir plan var - əgər alıcı binanı 1 il ərzində təmir etməsə, zəmanət depozitini (təxminən 7 min avro -red) itirəcək.
Anar Tagiyev