Newscenter.az.8.05.2019. Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Sərgi Salonunda Azərbaycanın görkəmli siyasi xadimi, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə “Ulu öndərə ehtiramla” adlı rəsm sərgisi açılıb. Təhsil ocağından Newscenter.az-a bildirilib ki, memarlıq fakültəsinin sonuncu kurs tələbəsi İsmayıl Hacıyevin dahi şəxsiyyətə həsr etdiyi fərdi yaradıcılıq sərgisində AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova, professor-müəllim heyəti, tələbələr, gənc memarın ailə üzvləri iştirak edib.
Gülçöhrə Məmmədova müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümünə həsr olunan sərgini yüksək qiymətləndirib, Ulu öndərin Azərbaycanın dövlətçilik tarixindəki əvəzsiz xidmətlərindən bəhs edib.Müstəqilliyimizin ilk illəri hakimiyyətə gəlişi ilə xalqımızın köməyinə çatan ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunmasında və ölkənin hərtərəfli inkişafında göstərdiyi misilsiz xidmətlərdən danışıb. İstedadlı gənc rəssam, memar kimi İ.Hacıyevin AzMİU-da bir neçə dəfə sərgilərinin nümayiş olunduğunu, bugünkü sərginin isə ulu öndərə olan ehtiramın xüsusi göstəricisi olduğunu qeyd edib.
Qeyd edək ki, Ulu öndərə həsr olunan sərgi mayın 14-dək davam edəcək.