Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türk Standartları İnstitutu ilə əməkdaşlıq imkanları müzakirə edilib

Türk Standartları İnstitutu ilə əməkdaşlıq imkanları müzakirə edilib


Newscenter.az.8.05.2019. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar TəhməzliTürk Standartları İnstitutunun Azərbaycan nümayəndəliyinin rəhbəri Gülhan Arzu Yüzereroğlu ilə görüşüb. Agentlikdən Newscenter.az-a bildirilib ki, görüşdə Qida Təhlükəsizliyi Agentliyi ilə Türk Standartları İnstitutu arasında əməkdaşlıqperspektivləri müzakirə edilib.

Q.Təhməzli Türk Standartları İnstitutunun Azərbaycan nümayəndəliyinin rəhbəri GülhanArzuYüzereroğluna ölkədə yeni qida təhlükəsizliyi mexanizminin formalaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib.

Türk Standartları İnstitutunun Azərbaycan nümayəndəliyinin rəhbəri Gülhan Arzu Yüzereroğlu bildirib ki, Türk Standartları İnstitutu məhsullara standartların müəyyən edilməsi məqsədi ilə Türkiyə Respublikasının müvafiq qanununa uyğun yaradılıb.Qurum Türkiyə qanunları çərçivəsində TSE (Türk Standartları Enstitüsü) adı ilə fəalliyyət göstərir.İnstitutstandartların hazırlanması, müvafiq standartlara uyğun məhsullara və şirkətlərə sertifikatların verilməsini həyata keçirməklə yanaşıstandartlaşdırma sahəsində yüksək peşəkarlığa malik kadrların hazırlanması məqsədi ilə beynəlxalq təcrübəyə əsaslanan təlimlər təşkil edir.

Görüş çərçivəsində tərəflər sertifikatlaşdırma, kadr potensialının yaxşılaşdırılması kimi sahələrdə birgə əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.
Orxan
Xəbəri paylaş