Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sabunçu və Suraxanı rayonlarını birləşdirən yol yenidən qurulub

Sabunçu və Suraxanı rayonlarını birləşdirən yol yenidən qurulub

Newscenter.az.11.05.2019. Bakı şəhərinin mühüm nəqliyyat arteriyası hesab olunan yolların yenidən qurulması işləri davam etdirilir. Bu çərçivədə paytaxtın 2 rayonun 3 qəsəbəsini birləşdirən mərkəzi yolun yenidən qurulması işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılaraq yekunlaşdırılıb.

Newscenter.az-a AAYDA-dan bildirilib ki, Sabunçu rayonu Bakixanov qəsəbəsi ilə Suraxanı rayonunun Qaraçuxur və Yeni Suraxanı qəsəbələrini birləşdirən avtomobil yolu yeni və müasir görkəmdə yenidən qurulub. Sözügedən yolun uzunluğu 5.1 km-dir. Yolun 1.6 km-i 4 hərəkət zolaqlı olmaqla eni 20 m, 3.5 km-i isə 2 hərəkət zolaqlı olmaqla eni 8 m-dir.

Bakı şəhərinin iki rayonun Bakıxanov, Qaraçuxur və Yeni Suraxanı qəsəbələrini birləşdirən yol sözügedən qəsəbələrdə yaşayan vətəndaşların istifad etdiyi əsas yol olduğu üçün yenidən qurulması ehtiyac var idi. Çünki yol uzun illər istismar olunduğundan, yolun hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəlmişdi. Bu isə öz növbəsində hərəkətdə müəyyən problemlərə səbəb olurdu.

Layihəyə uyğun olaraq köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınıb, qabarmış və dağılmış hissələr qazılaraq çıxarılıb, zəruri ərazilərdə yolun hərəkət hissəsinin genişləndirilməsi işləri görülüb, bunun üçün yol kənarında olan səki daşları sökülüb, daha sonra əks-dolğu aparılaraq kipləşdirmə işləri aparılıb. Əks-dolğu işlərinin aparıldığı ərazilər isə hamarlayıcı lay asfalt-beton örtüyü döşənməklə profilə salınıb.

Bunun ardınca tikinti norma və qaydalarına əsasən asfaltlanma işlərinə başlanılılıb. Sabunçu və Suraxanı rayonlarını birləşdirən avtomobil yoluna iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyü döşənib.

Vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsi hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada 5200 kv.m sahədə bərpa olunub, yol boyu köhnə səki daşları yenisi ilə əvəz edilib. Ümumilkdə isə təmir-tikinti işləri çərçivəsində yol boyu 60 min kv.m-ə yaxın sahədə tam yeni və müasir yol infrastrukturu yaradılıb.

Tikinti norma və standartlarına uyğun olaraq təmir-tikinti işlərinin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə isə yol boyu yolcizgi və yolgöstərici xətlər, piyada zolaqları çəkilib, zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında və tərtib olunmuş qrafikə uyğun kompleks şəkildə yol boyu görülən bu işlər hərəkət iştirakçılarının rahat və təhlükəsiz hərəkətini təmin edib.
Anar
Xəbəri paylaş