Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Elmar Məmmədyarov təkcə dövlət dilini deyil, həm də diplomatiyanı bilmir

Elmar Məmmədyarov təkcə dövlət dilini deyil, həm də diplomatiyanı bilmir


Newscenter.az.13.05.2019. Bu gün Brüsseldə Azərbaycan-Avropa Birliyi arasında saziş imzalanır. Prezident Əliyev Azərbaycan tərəfinin nümayəndəsi olaraq törənə qatılacaq. Ümid edək ki, saziş dövlət və millətimiz üçün xeyirli və faydalı olacaq.

13 may tarixində sənədin imzalanacağını keçmiş baş suçu, indi isə Moskva biznesli parlament sədrimiz hörmətli Oqtay Əsədov anons etmişdi. Sonradan dövlət dilini bilməyən nazirimiz Məmmədyarovun idarəsi Oqtay müəllimi təkzib etdi.

İndi sual yaranır. Belə çıxmır ki, Oqtay müəllim xarici siyasət məsələlərini Elmar müəllimdən yaxşı bilir? Deməli, Elmar Məmmədyarov təkcə dövlət dilini deyil, həm də diplomatiyanı bilmir. Yox, əgər bilib yalandan təkzib veribsə, o zaman həm də yalançıdır?

Biabırçılıq. Əvvəla, gör kimlərin umuduna qalmışıq, gör kimlərin idarəçiliyi altındayıq. Qarabağı, taleyimizi kimlər həll edir. Və dövləti nə hala salıblar ki, biri deyir, o birisi "ağzından vurur". Sonradan məlum olur ki, vurulan vurandan haqlı imiş.

Ona görə də, vəziyyət fənadır. Avropa İttifaqı ilə də müqaviləni bağlayın, görək davamı necə olur.

Əli Əliyev, VİP sədri
Xəbəri paylaş