Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Energetika naziri cənub zonasında vətəndaşları qəbul edəcək

Energetika naziri cənub zonasında vətəndaşları qəbul edəcək


Newscenter.az.13.05.2019. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vətəndaşların təklif, irad və şikayətləri ilə yerində tanış olmaq üçün mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə verilmiş tapşırıq və tövsiyələrə uyğun olaraq,Energetika naziri Pərviz Şahbazov mayın 27-də Lənkəran şəhərində Lənkəran və Astara rayonlarından olan vətəndaşları qəbul edəcək. Bu barədə məlumat Newscenter.az-a nazirlikdən daxil olub. Bildirilib ki,
vətəndaşların qəbulu saat 11:00-da Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Lənkəran filialının inzibati binasında keçiriləcək.

Həmin tarixdə nazir müavinləri Samir Vəliyev Masallı şəhərində Masallı və Yardımlı rayonunun sakinləri ilə, Elnur Soltanov isə Lerik şəhərində yerli sakinlərlə görüşəcək.

Xəbəri paylaş