Tovuzda ağır yol qəzası, ölən və yaralanan var
Tarix: 13-05-2019, 05:37
Newscenter.az.13.05.2019. Tovuzda ölümlə və xəsarətlə nəticələnən yol qəzası baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Tovuz şəhərində, avtovağzal yaxınlığında qeydə alınıb.
"VAZ-21099" markalı avtomobil idarəetmədən çıxaraq, yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı, Tovuz rayon sakinləri - 1985-ci il təvəllüdlü Mirzə Məhərrəm oğlu Yunanov və qonşusu, 1985-ci il təvəllüdlü Samir Novruz oğlu Musayev ağır xəsarət alaraq xəstəxanaya aparılıblar. S.Musayev aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.