Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mikro və kiçik sahibkarlarınQida Sənayesi Sərgisində iştirakına dəstək göstərilir

 Mikro və kiçik sahibkarlarınQida Sənayesi Sərgisində iştirakına dəstək göstərilir


Newscenter.az.14.05.2019. Ölkəmizdə qida sənayesi sahəsində fəaliyyət göstərən startapların, mikro və kiçik sahibkarların15-17 may tarixlərində Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisində iştirakına dəstək göstəriləcəkdir.

Newscenter.az xəbər verir ki, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı və“ZiraatBank Azərbaycan”ın dəstəyi ilə müxtəlif sahələrdə fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektləri sərgidə öz məhsullarını və bu sahədə göstərdikləri xidmətləri təqdim edəcəklər. Mikro və kiçik sahibkarlar üçün ayrılmış xüsusi stenddə onlar tərəfindən istehsal edilən meyvə quruları, süd və süd məhsulları, bal, bitki çayları, milli sağlam qidalar, meyvə şirələri, müxtəlif bitki yağları, sosial sahibkarlıq layihəsi olan şokolad və s. məhsullar nümayiş olunacaq.

Məlumat üçün qeyd edək ki, KOBİA startapların, mikro və kiçik sahibkarların öz məhsul və xidmətlərini nüfuzlu sərgilərdə təqdim etməsinə, bu sərgilər çərçivəsində onların əməkdaşlıq əlaqələrinin qurulmasına və genişləndirilməsinədəstək göstərir. 2018-ci ildə KOBİA-nın dəstəyi ilə İKT sahəsində startaplar və kiçik sahibkarlıq subyektləri “BakuTel 2018” Sərgisində öz məhsul və xidmətlərini təqdim ediblər. 2019-cu il ərzində keçiriləcək müxtəlif sərgilərdə də startapların, mikro və kiçik sahibkarlıq subyektlərinin iştirakına dəstəyin göstərilməsi nəzərdə tutulur.
Xəbəri paylaş