Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Quba rayonunda turizm imkanlarını genişləndirən yol yenidən qurulur

Quba rayonunda turizm imkanlarını genişləndirən yol yenidən qurulur


Newscenter.az.15.05.2019. 68 min əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən və 46 km uzunluğa malik Quba-Qonaqkənd avtomobil yolu yenidən qurulur.

Newscenter.az-a Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, Quba-Qonaqkənd avtomobil yolu keçdiyi ərazinin relyefinə uyğun olaraq III və Iv texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Müvafiq olaraq yolun torpaq yatağı 12 və 10 metr, hərəkət hissəsi isə 7 və 6 metr təşkil edir. Hazırda yol boyunca əsasın tikintisi və asfalt-beton örtüyün salınması işləri həyata keçirilir. Bunun üçün 450 min kv.m sahədə əsasın alt və üst layı müvafiq olaraq 45 və 16 sm hündürlükdə qum qırmadaş və optimal qum-çınqıl qarışığı ilə tikilir. Yol boyu əsasın alt layının tikintisi demək olar ki, yekunlaşıb. Yolun 24 km-lik hissəsində isə hər iki layın tikintisi işləri yekunlaşdırılaraq asfaltlanma işlərinə başlanılıb. Əlaqələndirici bitum səpilməklə yola iri və xırda dənəli asfalt-beton qarışığından örtük salınır. Artıq yolun 12 km-lik hissəsinin asfaltlanması işləri bitib. Hazırda digər 12 km-lik hissədə işlər aparılır.

Yolun yenidən qurulması əhalinin gediş-gəlişini asanlaşdırmaqla yanaşı, həm də onların tədarük etdikləri kənd təsərrüfatı məhsullarını və meyvə-tərəvəzi qısa vaxtda istədikləri ünvanlara çatdırmağa imkan yaradacaq. Bu yolun çəkilişi həm də Quba rayonunda turizm imkanlarını genişləndirəcək.
Anar
Xəbəri paylaş