Müəllim olmaq istəyənlər üçün sınaq imtahanı keçirilir
Tarix: 17-05-2019, 14:56
Newscenter.az.17.05.2019. Müəllimlərin işə qəbulu ilə bağlı sınaq imtahanlarına start verilir. Təhsil Nazirliyindən Newscenter.az-a bildirilib ki, sınaq imtahanları 18-30 may tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetinin II (Gənclik korpusu) tədris binasında keçiriləcək.
Sınaq imtahanlarında 7000-dən çox şəxsin iştirakı gözlənilir.
İmtahan qrafiki ilə bağlı iştirakçıların şəxsi səhifələrinə məlumat göndərilib.
İştirakçılar sınaq imtahanına gələrkən şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməlidir.