Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın su ehtiyatlarının təqribən 70 faizi qonşu dövlətlərin ərazisində formalaşır

Azərbaycanın su ehtiyatlarının təqribən 70 faizi qonşu dövlətlərin ərazisində formalaşır


Newscenter.az.20.05.2019. “Cənubi Qafqazın ümumi su ehtiyatının yalnız 10 faizi Azərbaycanın payına düşür. Ölkənin su ehtiyatlarının təqribən 70 faizi qonşu dövlətlərin ərazisində formalaşır və Azərbaycan üçün regional su resurslarının dövlətlərarası ədalətli bölünməsi məsələsi xüsusi əhəmiyyət kəsb edir”.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev çıxış edib. O, bildirib ki, respublikanın ərazisinin dörddə üç hissəsi ölkənin ən böyük su arteriyası olan Kür çayı hövzəsinin aşağı relyefində yerləşdiyindən, çayın qonşu dövlətlərin ərazilərində çirklənməsi ekoloji gərginlik yaradır.
Xəbəri paylaş