Newscenter.az.21.05.2019. "Bəzi saytlarda "cinayətdə ittiham olunan" məmurun rəis təyin edilməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Xəbərdə qeyd olunur ki, Mingəçevir Sukanal İdarəsinin keçmiş rəisi Mustafa Kərimov korrupsiyaya görə işdən çıxarılıb. Bu tam yanlış informasiyadır"
Newscenter.az xəbər verir ki, bu barədə açıqlamanı "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbreayıllı verib. O, bildirib ki, Mustafa Kərimov öz ərizəsi ilə işdən azad edilib:
"İdarəyə yeni rəis təyin olunan Maarif Məmmədov haqqında şəhər prokurorluğunda araşdırma aparıldığı da yayılmış xəbərdə yer alıb. Məqsədli şəkildə mətbuata ötürülən bu məlumatı dəqiqləşdirmək onu tirajlayan saytlar üçün elə də çətin məsələ deyil. Sadəcə, Mingəçevir şəhər prokurorluğuna sorğu göndərib bu məlumatın nə dərəcədə həqiqət olub-lmadığını öyrənmək mümkün idi".