Newscenter.az.21.05.2019. Mayın 21-22-i tarixlərində Suraxanı rayonunun bir hissəsinə, Suraxanı, Hövsan, Əmircan qəsəbələrinə və Qaraçuxur qəsəbəsinin bəzi hissələrinə içməli su müəyyən fasilələrlə veriləcək.
Bu barədə məlumat Newscenter.az-a “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub. Bildirilib ki, buna səbəb magistral su kəmərlərində aparılan yenidənqurma işləridir.