Newscenter.az.21.05.2019. Rusiya hüquq-mühafizə orqanları tərəfindən həbs edilən və Azərbaycana deportasiyası nəzərdə tutulan jurnalist Fuad Abbasovun hüquqlarının müdafiəsi komitəsi yaradılır.
Bu barədə məlumatı Newscenter.az-a Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov verib.
"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi olaraq jurnalist Fuad Abbasovun hüquqlarının müdafiə komitəsinin yaradıldığını bəyan edirik. Digər QHT - lərin və fiziki şəxslərin qoşulmasını arzu edirik".