Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

M2 magistralının Hacıqabul-Ələt hissəsi əsaslı şəkildə təmir edilir

M2 magistralının Hacıqabul-Ələt hissəsi əsaslı şəkildə təmir edilir


Newscenter.az.21.05.2019. M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 69-116-cı km-lik hissəsində təmir-tikinti işlərinə start verilib. Avtomobil Yolları Dövlət Agentliyindən Newscenter.az-a bildirilib ki, tikinti işləri avtomagistralın Ələt-Hacıqabul hissəsində aparılır. İlkin mərhələdə işlərə Hacıqabul rayonu ərazisindən, yəni 116-cı km-dən başlayaraq Ələt qəsəbəsi istiqamətində start verilib. Bu üzdən sözügedən hissə ilə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılarıb. Müvəqqəti olaraq Bakı şəhəri istiqamətində hərəkət edən sürücülər üçün əks istiqamət üzrə ikitərəfli hərəkət təmin olunub.

Birinci mərhələ üzrə, yəni Hacıqabul-Ələt hissəsində işlər tam başa çatdıqdan sonra, ikinci mərhələ üzrə işlərə başlanılacaq. Bu mərhələdə isə təmir-tikinti işlərinin əks istiqamət üzrə, yəni Ələt qəsəbəsi ərazisindən başlayaraq Hacıqabul rayonunadək olan hissəsində (69-116-cı km) aparılması planlaşdırılır. Hazırda təmir-tikinti işlərinin aparıldığı əraziyə işlərin vaxtında yekunlaşdırılması üçün lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında və tərtib olunmuş qrafikə uyğun kompleks şəkildə görülən bu işlər bütün hərəkət iştirakçılarının rahat və təhlükəsiz hərəkəti üçün hesablanıb.
Anar
Xəbəri paylaş