Newscenter.az.21.05.2019. Mayın 24-də paytaxtın Suraxanı və Xətai rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək.
Newscenter.az xəbər verir ki, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, vətəndaşları maraqlandıran məsələlərə yerində aydınlıq gətirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.
Bakıdakı 282 nömrəli tam orta məktəbdə (Ünvan: Yeni Günəşli qəsəbəsi, D yaşayış massivi) təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlayacaq.
Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcəkdir.
R.Mehdiyeva