Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda qadına qarşı zorakılığın iqtisadi nəticələri müzakirə ediləcək

Azərbaycanda qadına qarşı zorakılığın iqtisadi nəticələri müzakirə ediləcək


Newscenter.az.22.05.2019. “Azərbaycanda qadına qarşı zorakılığın iqtisadi nəticələri” adlı təqdimat mərasimi keçiriləcək. BMT-nin Bakı ofisinin informasiya departamentindən Newscenter.az-a bildirilib ki, tədbir mayın 23-də baş tutacaq.

Dövlət qurumlarının, beynəlxalq təşkilatların və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçiriləcək tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, BMT-nin Rezident Əlaqələndiricisi Qulam İshaqzai, BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin baş müşaviri Fərid Babayevin və digər şəxslərin çıxışı nəzərdə tutulub.
Xəbəri paylaş