Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ADAU-nun rektoru Polşada səfərdədir

ADAU-nun rektoru Polşada səfərdədir


Newscenter.az.23.05.2019. Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Polşanın Varşava Təbiət Elmləri Universiteti ilə əməkdaşlıq əlaqələri mövcuddur. Bu əlaqələr çərçivəsində hər iki ali təhsil müəssisəsi arasında müəllim və tələbələrin mübadiləsi həyata keçirilir.

Newscenter.az xəbər verir ki, ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov qeyd olunan universitetdə səfəri çərçivəsində mövcud olan əlaqələrin daha da genişləndirilməsi, birgə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi, ikili diplom proqramlarının həyata keçirilməsi məsələləri müzakirə olunaraq ilkin razılıq əldə edilib. Səfər müddətində universitetin maddi-texniki bazası, tədris və elmi-tədqiqat laboratoriyaları ilə yaxından tanışlıq olub.
Orxan
Xəbəri paylaş