Newscenter.az.23.05.2019. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) “Pestisidlərin, bioloji preparatların, aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması, istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi” üzrə Ekspert Şurası və “İstifadəyə yararsız, istifadəsi qadağan olunmuş pestisidlərin zərərsizləşdirilməsi və məhv edilməsi” üzrə İnventarlaşdırma komissiyası ilə Kənd Təsərrüfatı Nazrliyi yanında Dövlət Fitosanitar Xidmətinin, Kənd Təsərrüfatı Nazrliyinin həmçinin AMEA-nın müvafiq institutlarının səlahiyyətli nümayəndələri arasında görüş keçirilib.
Newscenter.az-a daxil olan məlumata görə, görüşdə Azərbaycan Respublikasının ərazisində qeydiyyatda olmayan bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin sınağının aparılması proseslərinin təkmilləşdirilməsi məqsədi ilə elmi-tədqiqat institutlarının mövcud imkanları, sınaq prosesslərinin həyata keçirilməsi zamanı yaranan çətinliklərin aradan qaldırılmasına dəstək göstərilməsi mövzusunda müzakirələr aparılıb.
Müzakirələr zamanı respublika ərazisində istifadəsinə icazə verilən yüksək toksiki-ekoloji təhlükəli pestisidlərin tətbiqi qaydalarının beynəlxalq standartlara uyğunlaşdırılması, bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması və qeydiyyata alınması qaydalarının beynəlxalq tələblərə uyğunlaşdırılması, istifadəyə yararsız preparatların zərərsizləşdirilməsi, eyni zamanda sözügedən sahələr üzrə milli məlumat bazasının yaradılması məsələləri geniş müzakirə edilib
Orxan