Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gəncədə AQTA əməkdaşlarının iştirakı ilə seminar keçirilib

Gəncədə AQTA əməkdaşlarının iştirakı ilə seminar keçirilib


Newscenter.az.23.05.2019. Gəncədə “Kənd təsərrüfatı heyvanlarının xəstəliklərinin müalicəsində innovativ metodlarən tətbiqi” mövzusunda seminar keçirilib.

Newscenter.az-a Agentlikdən bildirilib ki, seminar Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Rusiyanın Mosagrogen ZAO şirkəti ilə birgə həyata keçirilib. Tədbirdə Agentlik mütəxəssisləri, yerli və xarici ekspertlər və sahibkarlar iştirak ediblər.

Tədbir iştirakçılarına Agentliyin fəaliyyət istiqamətləri, ölkədə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər barədə məlumat verilib. Bildirilib ki, Qida Təhlükəsizliyi Agentliyi kənd təsərrüfatı heyvanlarının sağlamlığının təmin edilməsi istiqamətində sahibkarlara hər cür metodiki köməklik göstərməyə hazırdır.
Seminarda baytarlıq sahəsində innovativ metodların tətbiqi, mütəxəssislərin bilik səviyyəsinin artırılması və əhalinin maarifləndirilməsi mövzusunda fikir mübadiləsi aparılıb.
Orxan
Xəbəri paylaş