Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın bir qrup QHT rəhbəri Gürcüstana səfər edib

Azərbaycanın bir qrup QHT rəhbəri Gürcüstana səfər edib


Newscenter.az.27.05.2019. Respublika Günü münasibətilə Azərbaycanın bir qrup QHT rəhbəri Gürcüstanda səfərdədir. Newscenter.az xəbər verir ki, səfərin məqsədi Azərbaycan vətəndaş cəmiyyətinə xidmət edən QHT rəhbərlərinin Respublika Günündə qonşu dövlətdə həmrəylik nümayiş etdirməsidir. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Nərgiz Xələf və “Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi” İctimai Birliyinin sədri Fuad Hüseynzadənin təşkilatçılığı ilə 27-28 mayda reallaşan səfər müddətində Tbilisidəki Heydər Əliyevin büstü önünə gül dəstləri qoyulacaq, Əlimərdan bəy Topçubaşov, M.F.Axundov, Fətəli Xan Xoyski, Mirzə Şəfi Vazehin qəbirləri ziyarət ediləcək. Daha sonra Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu binaya baş çəkiləcək.

Həmçinin Axundovun Ev Muzeyində gürcü QHT-lərilə görüş keçiriləcək. Bununla yanaşı, Axundovun Ev Muzeyində Azərbaycan milli geyimləri gürcülərə nümayiş olunacaq. Onu da deyək ki, Axundovun Ev Muzeyində Gürcü Fotoqraflar Assosiasiyasının Azərbaycan, Bakı ilə bağlı çəkdikləri şəkillərinin təqdimatını edəcəklər. Səfərin sonunda QHT nümayəndələri Azərbaycanın Gürcüstandakı Səfirliyin AXC-nin 101 illiyi münasibətilə təşkil etdiyi ziyafətində iştirak edəcəklər.

Qeyd edək ki, Gürcüstan səfərində Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının katibi Nərgiz Xələf, “Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi” İB-nın sədri Fuad Hüseynzadə, “Mirzə Ələkbər Sabir Fondu” İB-nın sədri Sevda Tahirli, “XXI Əsrin Qadınları” İB-nın sədri Mahirə Əmiraslanova, “Həyat” Humanitar Dəstək İB-nın sədri Zəminə Səfərova, “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İB-nın üzvü Qafar Hüseynov, Polşada Azərbaycanlı Gənclər Şurasının sədri Nail Əhməd, “Azərbaycan Fotoqraflar Birliyi”nin sədri Mirnaib Həsənoğlu, “Turan” İstedadlar Birliyinin sədri Ceyhun Hacıbəyov, “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İB-nın sədri Şəlalə Həsənova, “Gəncə Regional Qadın Mərkəzi” İB-nın sədri Məleykə Əlizadə, “Mədəniyyətlərin Təbliği və Xalq Yaradıcılığına Dəstək” İB-nın sdəri Laləndar Novruzova, “Tərəqqi Sosial İqtisadi Araşdırmalar” İB-nın sədri İndira Şəmsivari, “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İB-nın sdəri Samirə Mustafaveya, “Mərhəmət” Kimsəsislərə Yardım İB-nən sədri İradə Polad, “Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB-nın sədri Fatimə Hacıbəyli, “Yeni Həyat” Humanitar və Sosial Dayaq İB-nın sədri Nailə İsmayılova, “Ekoloji Maarifçilik və Manitorinq” İB-nın sədri Qəmzə Yusubova, “Gənclərin Həmrəyliyi” İB-nın sədri Zülfiyyə Nuriyeva iştirak edir.
Xəbəri paylaş