İcra başçısı vəfat etdi
Tarix: 27-05-2019, 08:20
Newscenter.az.27.05.2019. Sumqayıt Şəhər İcra Hakimiyyətinin sabiq icra başçısı vəfat edib.
"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, Məmmədov Təvəkkül Yaqub oğlu uzun sürən xəstəlikdən sonra bu gün 79 yaşında dünyasını dəyişib.
O, 1982-1988-ci illərdə Sumqayıt Şəhər İcraiyyə Komitəsinin sədri, 2000-2003-cü illərdə isə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı işləyib.