Newscenter.az.29.05.2019. Dünyanın 6 ən təhlükəli kompüter virusunun olduğu noutbuk incəsənət-obyekti kimi 1,3 milyon dollara satılıb.
Newscenter.az xarici mətbuata istinadən xəbər verir ki, hərrac rəssam Quo o Donqun "Persistence of Chaos" layihəsinin saytında translyasiya edilib.
Qeyd edilir ki, altı zərərverici proqrama malik "Samsung NC10-14GB" 10,2 düymlü idi. 2008-ci ildə istehsal edilmiş kompyuterin virusları arasında "SoBig", "WannaCry" və "DarkTequila" kimi təhlükəli proqramlar olub.
Hazırda satış dayandırılıb. Layihənin saytındakı sifariş bölümünü doldurmaqla və pay yerləşdirməklə hərracın iştirakçısı olmaq mümkün idi.
Kompüteri Nyu-Yorkdan olan alıcı alıb. Təhlükəli proqramların vura biləcəyi zərər 95 milyard dollar məbləğində qiymətləndirilir.
Kompyuterdəki "WannaCry" virusu 2017-ci ilin mayında 150 ölkədən olan adi istifadəçilərin kompüterlərinə və şirkətlərin serverlərinə yayılıb.
Anar