Newscenter.az.31.05.2019. “Məncə, Azərbaycan dövləti Rusiyadakı destruktiv diaspora təşkilatlarını qanundankənar, qeyri-legitim elan etməlidir”.
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən politoloq Nəzakət Məmmədova deyib ki, onlarla istənilən əməkdaşlıq, ora üzvlüyün arzuolunmaz hal olduğu diqqətə çatdırılmalıdır:
“Doğrudur, onlar Rusiya Federasiyası qanunlarına tabe olan ictimai birliklərdir. Bununla belə Azərbaycan tərəfi onlara qarşı müəyyən sanksiya, diskriminasiya tədbirləri görmək iqtidarındadır. Əgər bunu biz etməsək, onlar oradakı öz təxribatçı fəaliyyətləri ucbatından diaspora işini yararsız hala gətirəcəklər, diaspora fəallarına qarşı fitnə-fəsad törətməkdə davam edib ümumi işimizə ermənilərdən daha çox zərər vuracaqlar. Çürüyən orqanı vaxtında kəsib atmayanda, nəticədə sonda bütün orqanizm məhvə məhkumdur. İki pisdən birini seçmək məcburiyyətindəyik. Ya onların intriqalarını seyr edəcəyik, sonda gecikmiş qərar vermək məcburiyyətində qalacağıq, ya da araqızışdıranlar vaxtında çıxdaş olunacaq, bu vacib məsələdən uzaq tutulacaq. Qeyri yolu yox artıq”.