Newscenter.az.1.06.2019. ABŞ-da atışma olub.
"Report" xəbər verir ki, bu barədə "Associated Press" polisə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə Virciniya ştatının Virciniya-Biç şəhərində, bələdiyyə mərkəzi yaxınlığında baş verib.
Atışma zamanı ölənlərin sayı 12 nəfərə çatıb.
Bu barədə şəhərin polis rəisi Cim Server bildirib.
"Biz əvvəlcə 11 nəfərin öldüyünü xəbər verdik. Daha 1 nəfər xəstəxanaya aparılarkən yolda öldü", - deyə Server bildirib. O, qeyd edib ki, yaralılardan 4-ü hazırda xəstəxananın cərrahi əməliyyat stolundadır.
Polisin son məlumatına görə, bələdiyyə binasında atəşi yerli özünü idarəetmə orqanının yüksək təcrübəli işçisi açıb. Hadisəni törədən öldürülüb.